- 12:45
Türkiyədə dəhşətli ailə faciəsi baş verib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, hadisə Manisanın Turqutlu rayonunda qeydə alınıb.
Belə ki, bir şəxs səhər saat 04:00 radələrində boşanma prosesində olduğu həyat yoldaşının yaşadığı evə gedib.
O, evdə olan şəxslərə silahdan atəş açıb. Nəticədə həyat yoldaşı, onun anası, qardaşı və atası ölüb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Cinayəti törədən şəxs hadisə yerindən qaçmadan saxlanılıb.
Məlumata görə, qadının həyat yoldaşı barədə əvvəllər mühafizə orderi də alınıb.
Şəbnəm Mehdizadə