- 13:15
Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun FETÖ ilə bağlı apardığı araşdırmalar çərçivəsində 12 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq çərçivəsində 12 şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Polis şübhəlilərin tutulması üçün mərkəzi Ankara olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyata başlayıb.
Hazırda şübhəlilərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə