- 14:03
Türkiyənin Bursa şəhərinin Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey saxlanılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursa Baş Prokurorluğu tərəfindən cinayət təşkilatına üzvlük, rüşvətxorluq, çirkli pulların yuyulması və şəhərin çirklənməsinə səbəb olmaq cinayətləri ilə bağlı ətraflı araşdırma aparılıb.
Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbeyin də adı bu cinayətlərdə hallanıb. İstintaq zamanı onun rüşvət aldığı müəyyən edilib.
Polis qüvvələri 5 fərqli vilayətdə eyni vaxtda əməliyyat keçirərək, cinayətlərlə bağlı əlaqəli şəxsləri tutub. İstintaq çərçivəsində Mustafa Bozbey də daxil olmaqla 55 nəfər nəzarətə götürülüb.
Qaçan 4 nəfərin tutulması istiqamətində tədbirlər görülür.
Şəbnəm Mehdizadə