Yaponiyada iki bazaya uzaq mənzilli raketlər yerləşdirilib


  • 12:45

Yaponiyada ilk dəfə olaraq iki bazaya əks-hücum qabiliyyətinə malik uzaq mənzilli raketlər yerləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Raketlər Kumamoto prefekturasındakı Kenqun düşərgəsinə və Şizuoka prefekturasındakı Fuji düşərgəsinə yerləşdirilib.

Bu bazalara yerləşdirilən Type-12 raketi təxminən 1000 kilometr məsafəyə malikdir və Çinə çata bilir.

Bu qərar Çin və Yaponiya arasında diplomatik gərginlikdən sonra verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər