Pakistanda leysan nəticəsində 11 nəfər ölüb


  • 13:15

Pakistanın Hayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində 11 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə təbii fəlakət nəticəsində 18 nəfər yaralanıb.

Əyalətin bəzi bölgələrində ağacların aşdığını və infrastrukturun zədələndiyini bildirən rəsmilər, bölgədə davam edən yağışların torpaq sürüşmələrinə səbəb olduğunu və bir çox əsas yolun nəqliyyat üçün bağlı olduğunu qeyd ediblər.

Güclü yağış Svat bölgəsində bəzi dərə və çayların daşmasına səbəb olub.

Yağıntıların davam edəcəyi, daha yüksək ərazilərdə qar yağacağı barədə vətəndaşlara xəbərdarlıq edilib.

Humay Eminqızı

Oxşar xəbərlər