- 14:03
Rusiya Prezidenti Vladimir Putin 1 aprel tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəlikdə aktual məsələlər, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı müzakirə olunacaq.
Humay Eminqızı