- 16:31
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 285 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində 14 yaralı xəstəxanalara çatdırılıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 709 nəfər ölüb, 1928 nəfər yaralanıb, dağıntılar altından 756 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində 172 028 nəfər yaralanıb.
Qəzza zolağında minlərlə cəsədin hələ də dağıntılar altında olduğu bildirilir.
Humay Eminqızı