- 16:31
ABŞ-nin Venesuelanın paytaxtı Karakasdakı səfirliyi 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Karakasdakı səfirliyi diplomatik münasibətlərin normallaşmasından sonra öz qapılarını yenidən açıb.
Səfirliyin yaydığı bəyanatda vurğulanıb ki, bu addım Venesuelada keçid hökuməti, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq aparmaq imkanlarını gücləndirəcək.
Səfirliyin yenidən açılması ABŞ administrasiyasının Venesuelaya qarşı üç mərhələli planında mühüm mərhələ hesab olunur.
ABŞ Dövlət Departamenti səfirliyin yenidən açılması imkanlarını qiymətləndirmək üçün bir nümayəndə heyətinin Karakasa səfər etdiyini açıqlayıb.
Şəbnəm Mehdizadə