- 16:31
Meksika hökuməti ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) təcridxanalarında ölən vətəndaşları ilə bağlı hüquqi tədbirlər görəcək.
E-huquq.az New York Times qəzetinə istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum məlumat verib.
Şeynbaum Meksika vətəndaşlarının təcridxanalarda ölməsi ilə bağlı Amerika Dövlətləri Təşkilatına (OAS) müraciət edəcəklərini bildirib.
Prezident OAS üzvlərinə bu təcridxanalarda qeyri-adekvat tibbi xidmətlərlə bağlı narahatlıqlarını bildirən məktublar göndərəcəyini söyləyib.
Şəbnəm Mehdizadə