Türkiyədə 12 terrorçu saxlanılıb


  • 16:31

Türkiyənin İstanbul və Giresun şəhərlərində DHKP/C Terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 12 nəfərin terror təşkilatı üçün fəaliyyət göstərdiyi müəyyən edilib.

İstanbulda 15, Giresunda 1 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 12 şübhəli nəzarətə götürülüb.

Ünvanlarda aparılan axtarışlar zamanı silah, çoxlu sayda rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər