ABŞ-ın İrana qarşı əməliyyatlarının başlanmasından sonra Aİ-də qaz qiymətləri 70% artdı


  • 31 Mart 23:50

ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının başlanmasından sonra Avropa İttifaqında enerji qiymətləri kəskin yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yørgensen mətbuat konfransında bildirib.

“Mart ayından bəri Avropada qazın qiyməti 70%, neftin qiyməti isə 60% artıb. Enerji resurslarının alınması üzrə əlavə xərclər 14 milyard avro təşkil edib”, – deyə o qeyd edib.

Komissar vurğulayıb ki, bu böhran qısamüddətli deyil.

“Qiymətlər yaxın gələcəkdə əvvəlki səviyyəyə qayıtmayacaq, hətta sabah İranla sülh əldə olunsa belə, çünki regionun infrastrukturu artıq zərər görüb”, – deyə Yørgensen əlavə edib.

Onun sözlərinə görə, bu vəziyyət Aİ-ni yaşıl enerjiyə keçidi sürətləndirməyə məcbur edir.

Oxşar xəbərlər