- 12:27
Türkiyənin Muğla vilayətində bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonu sahillərində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
Hadisə nəticəsində 18 nəfər ölüb.
Əraziyə çoxlu sayda Sahil Mühafizəsinin qayıqları və helikopter göndərilib.
Sahil Mühafizəsi qrupları 21 nəfəri isə xilas edib.
Axtarış-xilasetmə əməliyyatları hava və dəniz yolu ilə davam edir.
Şəbnəm Mehdizadə