- 12:27
Türkiyənin İstanbul şəhərində güclü yağış torpaq sürüşməsinə səbəb olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer bölgəsində son günlər yağan güclü yağışdan sonra bir binanın həyətində torpaq sürüşməsi baş verib.
Sürüşmə zamanı torpaq təxminən 20 metr aşağıda yerləşən evlərin üzərinə düşüb.
Bələdiyyə əməkdaşları 6 binanın sakinlərinin təxliyəsi barədə göstəriş verib.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Şəbnəm Mehdizadə