- 12:27
Rusiyanın ilhaqı altında olan Krım yarımadasında təyyarə qəzası baş verib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Krım yarımadası üzərində planlaşdırılmış uçuş həyata keçirən ikimühərrikli An-26 nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.
Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
Təyyarədə olan 23 sərnişin və 6 ekipaj üzvünün hamısının həlak olduğu bildirilib.
İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb olub.
Şəbnəm Mehdizadə