- 13:52
"ABŞ NATO müttəfiqlərindən istədiyi dəstəyi ala bilmir".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio danışıb.
Rubio ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə NATOnun fəaliyyətini yenidən nəzərdən keçirmələri lazım olduğunu bildirib. O, xüsusilə ABŞ-nin istəyinə baxmayaraq, Hörmüz boğazına dəstək göndərməyən və ya hərbi bazalarının istifadəsinə icazə verməyən NATO müttəfiqlərini tənqid edib.
Rubio bildirib ki, ABŞ mütttəfiqlərindən hava hücumu təşkil etmələrini tələb etmir.
"Lakin onların hərbi bazalarından istifadə etməyimiz lazım olanda cavab müsbət olmadı. Onda biz niyə NATO-da olmalıyıq?" - deyə Rubio əlavə edib.
Rubio son qərarın ABŞ prezidenti Donald Trampa aid olduğunu və münaqişədən sonra bu əlaqələrin yenidən nəzərdən keçiriləcəyini bildirib:
"Bu qarşıdurmadan sonra NATO-nun ölkəmiz üçün dəyərini yenidən qiymətləndirməli olacağıq".
Şəbnəm Mehdizadə