Konqo Demokratik Respublikasında üsyançı dəstələr 300 nəfəri qaçırıb


  • 12:24

Konqo Demokratik Respublikasının (DRC) şərqindəki İturi əyalətinin İrumu bölgəsində üsyançılar tərəfindən 300 mülki şəxs qaçırılıb.

E-huquq.az yerl mediaya istinadən xəbər verir ki, "Demokratik Alyans Qüvvələri" (ADF) kimi tanınan üsyançı qruplaşma üzvləri son günlər Mambasa-Komanda xətti boyunca mülki əhalini hədəf alan bir sıra hücumlar həyata keçirib.

Bu hücumlarda Mabukulu, Masoli, Babungve və Lomalisa kəndlərindən ən azı 300 mülki şəxs ADF üzvləri tərəfindən qaçırılıb.

Təhlükəsizlik qüvvələri bölgədə qaçırılan mülki vətəndaşları xilas etmək üçün əməliyyata hazırlaşır.

Qeyd edək ki, ADF fidyə müqabilində tez-tez mülki şəxsləri qaçırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər