Fransada uşaqlara sosial mediadan istifadə qadağan edilir


  • 13:50

Fransa parlamentinin yuxarı palatası olan Senat 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

E-huquq.az xəbər verir ki, Parisdə Senatın plenar iclasında 15 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə baxılıb.

Senatorlar qanun layihəsini plenar səsvermədə təsdiqləyib.

Qəbul edilən qanun layihəsi müəyyən şərtlər altında 15 yaşdan kiçiklər üçün sosial mediaya qadağa qoyulmasını nəzərdə tutur.

Qanun layihəsində gənclərin fiziki, əqli və əxlaqi inkişafına mənfi təsir göstərə biləcək sosial media platformalarının fərmanla 15 yaşdan aşağı olanlar üçün qadağan edilməsi və bu platformaların istifadəçilərinin yaşının yoxlanılması təklif edilir.

Daha sonra qanun layihəsi senatorlar və deputatlardan ibarət birgə komitədə müzakirə olunacaq.

Fransada qanun layihəsinin parlamentdən keçməsi üçün həm Milli Assambleya, həm də Senat eyni mətn üzərində razılaşmalıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər