Paşinyana hücuma cəhd edən məktəbli həbs edildi


  • 13:52

Ermənistanın Baş naziri Nikol Paşinyana hücum etməyə cəhd edən məktəbli David Minasyan həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə onun vəkili Armen Melkonyan məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmənin qərarı ilə məktəbli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

O bildirib ki, bu qərardan şikayət veriləcək.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Minasyana qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə) ilə cinayət işinin açıldığını bildirmişdi.

Təqsirləndirilən şəxs 29 mart tarixində Yerevanda yerləşən Müqəddəs Anna kilsəsidə bazar günü keçirilən liturgiyadan sonra məbəddən çıxışa doğru gedən Paşinyana zərbə endirməyə cəhd edib.

Humay Eminqızı

Oxşar xəbərlər