- 14:01
Almaniyanın Hamburq şəhərində qadın canavar hücumuna məruz qalıb.
E-huquq.az Almaniyanın DPA xəbər agentliyinə istinadən xəbər verir ki, Hamburqun Altona səmtində Grosse Berg küçəsində yerləşən ticarət mərkəzində canavar qadına hücum edib.
Hücuma məruz qalan qadın Eppendorf Universitetinin Klinikasına aparılıb. Orada ambulator müalicə alan qadın daha sonra evə buraxılıb.
Canavar Hamburqun qərbində yerləşən Klövensteen vəhşi təbiət parkına yerləşdirilib.
Şəbnəm Mehdizadə