Yaponiya aviaşirkətləri bilet qiymətlərini artırır


  • 14:01

Yaponiya hava yolları şirkətləri "All Nippon Airways" (ANA) və "Japan Airlines" (JAL) yanacaq xərclərinin artması səbəbindən beynəlxalq uçuşlarda əlavə ödənişləri artırmağı planlaşdırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar, Hörmüz boğazında təchizat axınlarının pozulması və nəticədə reaktiv yanacağı qiymətlərinin yüksəlməsi səbəbindən verilib.

28 fevraldan etibarən ABŞ və İsrailin İranla qarşıdurması nəticəsində Hörmüz boğazında kommersiya gəmiçiliyində fasilələr yaranıb və təhlükəsizlik riskləri artıb. Bu isə neft məhsullarına, xüsusilə də təyyarə yanacağına ciddi qiymət təzyiqi göstərib.

"Kyodo News"un anonim mənbələrə istinadən verdiyi məlumata görə, ANA iyun-iyul aylarında Şimali Amerika və Avropaya uçuşlar üçün yanacaq əlavə ödənişini 346 dollara (təxminən 55.000 yen), JAL isə 315 dollara (təxminən 50.000 yen) qədər artırmağı planlaşdırır.

Reaktiv yanacağı aviaşirkətlər üçün ən böyük xərclərdən biridir və qiymətlərin kəskin artması aviabiletlərin bahalaşmasına səbəb olur.

"United Airlines" şirkətinin baş direktoru Skott Kirbi bildirib ki, artan yanacaq xərclərini qarşılamaq üçün şirkət aviabiletlərin qiymətini 20 faiz artırmaq məcburiyyətindədir.

Yusif Şükürov

Oxşar xəbərlər