İsrail mətbuatı: Növbəti 24 saat İrana hücumlar üçün ən həlledici dövr olacaq


  • 14:47

İsrail mənbələri İrana qarşı hücumların növbəti 24 saatda baş verəcəyini və bu dövrün müharibənin ən həlledici anı olduğunu bildirirlər.

E-huquq.az xəbər verir ki, İsrail mətbuatına danışan mənbələr, "Növbəti 24 saat müharibənin ən kritik dövrüdür. Əgər qərar İrandakı siyasi rəhbərliyə buraxılsaydı, artıq atəşkəs elan edilmiş olardı. Onların nəzarəti saxlaya biləcəyinə şübhə var," - deyə qeyd ediblər.

5 apreldə ABŞ prezidenti Donald Tramp,sosial media hesabında İran rejiminə qarşı sərt təhqirlər səsləndirərək, İranın 48 saat ərzində "razılığa" gəlmədiyi təqdirdə 7 apreldə ölkənin enerji stansiyalarına və körpülərinə zərbə endirəcəyini iddia edib və Tehranı Hörmüz boğazını açmağa çağırıb.

Tramp daha sonra bu müddəti 8 aprelə qədər uzadaraq, dünənki açıqlamasında, əgər razılığa gəlinməsə, "İran bir gecədə məhv edilə bilər," - deyə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər