- 16:26
İran İnqilab Keşikçiləri Korpusunun İsrail konteyner gəmisini ballistik raketlərlə vurduğu bildirilir.
E-huquq.az xəbər verir ki, "Fars" xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun İsrail rejiminə məxsus konteyner gəmisini bir neçə ballistik raketlə vuraraq tamamilə məhv etdiyini yazıb.
Məlumatda gəminin Hörmüz boğazında və ya başqa yerdə hədəfə alındığı dəqiqləşdirilməyib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı birgə hücumlara cavab olaraq İran hökumətinin cavab hücumları davam edir və İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazını ABŞ və İsraillə əlaqəli gəmilər üçün bağlayıb.
İran donanması boğazdan keçməyə çalışan bəzi gəmiləri raketlər və silahlı dronlarla hədəfə alır.
Dünən İran İnqilab Keşikçiləri Korpusu da İsrail SDN7 konteyner gəmisini kruiz raketi ilə hədəfə aldığını və məhv etdiyini açıqlayıb.
Şəbnəm Mehdizadə