İsrailin İstanbuldakı konsulluğu yaxınlığında atışma olub, ölən və yaralılar var


  • 14:57

İsrailin İstanbuldakı konsulluğu yaxınlığında naməlum şəxslərlə polis arasında silahlı insident olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Levent səmtində baş verən atışmada 3 hücumçudan biri öldürülüb, ikisi yaralanıb.

Daxili işlər naziri Mustafa Çiftçi hadisə zamanı 2 polisin xəsarət aldığını bildirib.

Ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı İstanbul Baş Prokurorluğunun dərhal araşdırmalara başladığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər