BMT ABŞ-İran danışıqlarında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb


  • 15:09

Birləşmiş Millətlər Təşkilatı (BMT) hələ ki, ABŞ və İran arasında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi deyil, lakin vasitəçi olmağa hazırdır.

E-huquq.az xəbər verir ki, bunu dünya təşkilatının Cenevrə bölməsinin informasiya xidmətinin rəhbəri Alessandra Vellucci deyib.

"Bildiyim qədər, BMT nümayəndələri hələ bu səylərdə iştirak etmirlər. Lakin BMT-nin baş katibi Antonio Quterreşin dediyi kimi, biz sülhə nail olmaq üçün istənilən səyləri dəstəkləməyə hazırıq", - Vellucci deyib.

Humay Eminqızı

Oxşar xəbərlər