Ərdoğan: İstanbuldakı silahlı insidenti qətiyyətlə pisləyirəm


  • 17:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident çıxışı zamanı deyib.

O qeyd edib ki, terrorun hər növü ilə Türkiyə mübarizəni qətiyyətlə davam etdirəcək:

"Təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".

Qeyd edək ki, İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı xəsarət alıb.

Oxşar xəbərlər