Türkiyədə 4 bal gücündə zəlzələ oldu


  • 15:55

Türkiyənin Çorum vilayətinin Bayat rayonunda 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla səhər saat 10:20-də baş verib.

Zəlzələnin 11,01 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Çorum valisi Əli Çalgan zəlzələnin heç bir mənfi nəticəyə səbəb olmadığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər