- 17:30
Türkiyənin Anadolu Şossesində yerləşən Bolu Dağ Tunelində baş vermiş qəza nəticəsində 5 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara istiqamətində hərəkət edən avtomobil tunelin içərisində xarab olub və arxadan gələn yük maşını hərəkətsiz vəziyyətdə olan avtomobilə çırpılıb.
Qəzadan dərhal sonra hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə qrupları cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza ilə bağlı açıqlama verən yük maşını sürücüsü hadisənin yağışlı hava şəraiti səbəbindən baş verdiyini bildirib: "Yol yaş idi və tuneldə hərəkət edərkən avtomobilin sağ zolaqda dayandığını son anda gördüm. Maşına dəyməmək üçün çox çalışdım, amma başqa seçimim yox idi".
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə