Tramp İranla razılaşmanın təfərrüatlarını açıqlayıb


  • 16:19

ABŞ prezidenti Donald Tramp cümə günü İslamabadda planlaşdırılan danışıqlardan əvvəl bəzi şərtlərini açıqlayıb.

E-huquq.az xəbər verir ki, Tramp İrana bundan sonra uranı zənginləşdirməyə icazə verilməyəcəyini bildirib.

Tramp açıqlamasında uranın zənginləşdirilməsi fəaliyyətlərinin tamamilə dayandırılacağını, yerin dərinliklərində gizlədilən nüvə qalıqlarının ABŞ tərəfindən bölgədən çıxarılacağını vurğulayıb.

ABŞ prezidenti həmçinin əlavə edib ki, zənginləşdirilmiş uran ehtiyatları ötən iyun ayında İranın nüvə obyektlərinə hücumdan sonra peyk vasitəsilə izlənilib.

O, İrana hərbi silah tədarük edən istənilən ölkənin ABŞ-yə satılan bütün mallara dərhal 50% rüsum tətbiq edəcəyini açıqlayıb və əlavə edib ki, heç bir istisnaya yol verilməyəcək.

Tramp danışıqlar prosesinin bir hissəsi olaraq İrana qarşı tətbiq edilən sanksiyalar və tariflərin ləğv ediləcəyini açıqlayıb.

Tramp ABŞ-nin müharibəni bitirmək üçün təklif etdiyi 15 bəndlik planın bir çox bəndlərinin artıq razılaşdırıldığını iddia edib. İran rəsmiləri hələlik bu iddialara münasibət bildirməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər