Küveyt: 28 İran PUA-sı zərərsizləşdirilib


  • 16:21

Küveyt ABŞ və İran arasında müvəqqəti atəşkəsin həyata keçirilməsinə baxmayaraq, bu səhərdən etibarən 28 İran mənşəli pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Səud əl-Ətvan səhər saat 8:00-dan etibarən ölkənin hava hücumundan müdafiə sistemlərinin 28 İran PUA-sını uğurla tutduğunu bildirib.

Onun sözlərinə görə, PUA-ların böyük əksəriyyəti zərərsizləşdirilib, lakin bəzilərinin məqsədli şəkildə ölkənin cənubunda yerləşən vacib neft obyektlərini və elektrik stansiyalarını hədəf aldığı məlum olub.

Ətvan, hücumlar nəticəsində neft infrastrukturuna, elektrik istehsalı qurğularına və su təmizləyici stansiyalara ciddi ziyan dəydiyini vurğulayıb. Lakin o, Küveyt ordusunun müdaxiləsi sayəsində daha böyük fəlakətin qarşısının alındığını qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər