- 17:30
Fars Körfəzində qapalı qalan 800-dən çox gəminin taleyi ABŞ-İran arasındakı danışıqlardan asılıdır.
E-huquq.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ və İran arasında müvəqqəti atəşkəs müqaviləsindən sonra Fars körfəzində qapalı qalan 800-dən çox gəminin təxliyəsi üçün hazırlıqlara start verilib.
Hörmüz boğazının bağlanması ilə bölgədə qalan bu gəmilərin çoxu xam neft və yanacaq daşıyan tankerlərdən ibarətdir. Onların arasında çoxsaylı mayeləşdirilmiş təbii qaz (LNG) gəmiləri də mövcuddur.
Məlumatlara görə, gəmi sahibləri təxminən 20 min dənizçinin uzun müddətdir gözləməsini sona çatdırmaq üçün atəşkəsin texniki detallarını araşdırır.
Ekspertlər Hörmüz boğazının tam təhlükəsiz elan edildikdən sonra gəmi trafikinin tədricən yüngülləşəcəyini və sıxışan gəmilərin öz marşrutlarına geri dönəcəyini proqnozlaşdırırlar.
Bu atəşkəs müqaviləsi ticarətə mane olan mühüm bir problemə son qoymaqla yanaşı, həm də bölgədəki iqtisadi fəaliyyətin bərpasına töhfə verəcək.
Şəbnəm Mehdizadə