İsrail ordusu növbəti dəfə Livana hücum edib, ölənlər var


  • 16:40

İsrail ordusu Livanın müxtəlif bölgələrinə hava və artilleriya hücumları həyata keçirib.

E-huquq.az xəbər verir ki, İsrail ordusu səhər saatlarında ölkənin cənubundakı Səfad və Savane qəsəbələrinə hava zərbələri endirib.

İsrail ordusu daha əvvəl hücumla hədələdiyi Tir yaxınlığındakı Şabriha qəsəbəsindəki yeri də hədəf alıb.

Livanın şərqindəki Bekaa bölgəsindəki Maşqara şəhəri də hava hücumlarına məruz qalıb.

İsrail pilotsuz təyyarələri Qasimiyyə qəsəbəsində bir avtomobili və Kafr Dunin qəsəbəsində bir motosikleti hədəf alıb. Bu hücumlarda ölənlərin olduğu bildirilir.

Sərhəd yaxınlığındakı Kafr və Məcdəl Silm əraziləri də İsrail artilleriyası tərəfindən atəşə tutulub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər