- 17:30
Türkiyə İrana tibbi yardım göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.
O, tibbi ləvazimatlar və avadanlıqlarla dolu yardım maşınlarının İrana yola düşdüyünü açıqlayıb.
"Biz həmişə qardaşlığa və şəfaya doğru yönəlmiş xeyirxahlıq sivilizasiyasının nümayəndələriyik. "İnsanlıq birinci yerdədir" anlayışı ilə ürəyimizin hər yerində məzlumları dəstəkləməyə, yaraları sağaltmağa və ümid bəsləməyə davam edirik. Həyatları xilas etməyə yönəlmiş bir anlayışla, şəfa gözləyənlər üçün bütün resurslarımızı səfərbər etməyə davam edəcəyik", - deyə nazir bildirib.
Şəbnəm Mehdizadə