- 17:30
Yunanıstanda 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş qadağan edilir.
E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis məlumat verib.
Baş nazir bildirib ki, qərar 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
Mitsotakis qadağaya səbəb kimi uşaqlarda tez-tez rastlanan təşviş pozuntusu, yuxu problemləri və onlayn asılılığın artan nisbətlərini göstərib.
"Əminəm ki, bir çox gənc uşaqlar mənə qəzəblənəcəklər. Mən sizin yaşınızda olsaydım, bəlkə də mən də eyni şeyi hiss edərdim. Mən sizinlə səmimi olmaq istəyirəm. Son illərdə bir çox valideynlərlə danışdım və onlar mənə deyirdilər ki, övladları daim mobil telefonlarla məşğuldurlar. Uşaqların zehni dincəlmir. Bir neçə ildən sonra bu qərarı hər kəs müsbət qiymətləndirəcək. Məqsədimiz Aİ-ni bu istiqamətə sövq etməkdir" - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə