- 19:00
Azərbaycan Mərkəzi Bankının (AMB) qurumun inzibatı binalarında istismar olunan su, kanalizasiya, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır
Qeyd edək ki, tenderin dəyəri 68.407,55 manat olub.
Şəbnəm Mehdizadə