Ərdoğan Trampla ABŞ və İran arasında atəşkəs razılaşmasını müzakirə etdi


  • 18:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan və Tramp ABŞ-la İran arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasını müzakirə ediblər.

Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edib. O, iki həftəlik imkan atəşkəsin davamlı sülh sazişi üçün çox yaxşı dəyərləndirilməli olduğunu qeyd edib.

Türkiyə Prezidenti atəşkəs pozulmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.

Ərdoğan əlavə edib ki, Pakistan başda olmaqla dost və qardaş ölkələrin birgə səylərinə Türkiyənin dəstəyi davam edəcək.

Oxşar xəbərlər