Məzmuna keç

Türkiyədə mikroavtobusla TIR toqquşdu

Türkiyənin Antalya ilə İsparta vilayətlərini birləşdirən yolda mikroavtobusla yük maşını (TIR) toqquşub.

E-huquq.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.