Təcili yardım maşını aşdı: 5 nəfər yaralandı


  • 10:17

Türkiyənin Muş vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Malazgirt Dövlət Xəstəxanasından Muş Dövlət Xəstəxanasına gedən təcili yardım maşını naməlum səbəbdən aşıb.

Qəza nəticəsində 5 nəfər yaralanıb.

Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.

Yaralılar təcili yardımla Muş Dövlət Xəstəxanasına aparılıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər