- 11:07
Türkiyənin İstanbul şəhərində yaşayış binaısnda güclü yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Kartal səmtində yerləşən üçmərtəbəli yaşayış binasının damında naməlum səbəbdən yanğın başlayıb.
Alov sürətlə yayılaraq bütün damı bürüyüb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları cəlb edilib.
Qonşuların və yanğınsöndürənlərin köməkliyi ilə bina sakinləri təxliyə edilib.
Tüstüdən zəhərlənən iki nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Qrupların təxminən 1 saatlıq işindən sonra söndürülən yanğın binaya ziyan vurub.
Şəbnəm Mehdizadə