- 12:07
Türkiyənin Ədirnə şəhərində faciəvi hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 29 yaşlı şəxs əyləncə parkında attraksiondan yıxılıb.
Hadisə yerinə həkim və polis qrupları göndərilib.
Ağır yaralanan Sedat Ç. təcili yardımla xəstəxanaya aparılıb.
Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı 6 nəfər polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə