- 11:53
Türkiyənin İstanbul şəhərində fabrikdə yanağın baş verib.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, İstanbulun Tuzla rayonunda yerləşən tekstil fabrikində başlayan yanğın sürətlə yayılaraq bütün binanı bürüyüb.
Xəbərlərdən sonra yanğınsöndürmə briqadaları, təcili tibbi yardım xidmətləri və polis qrupları hadisə yerinə gəlib.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə