- 14:07
İsrail ordusu Livan boyu geniş hava hücumlarına başlayıb.
E-huquq.az xəbər verir ki, yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan hücumlar hazırkı münaqişənin ən böyük hava hücumu ihesab olunur.
İsrail tərəfi hücumların 10 dəqiqə ərzində 100-dən çox yeri hədəf aldığını açıqlayıb.
Bombardman birbaşa Beyrutun cənub məhəllələrini, Livanın cənubunu və Bekaa vadisini hədəf alıb.
Livanın Səhiyyə Nazirliyi hücumlarda ən azı 254 nəfərin öldüyünü, 890 nəfərin yaralandığını açıqlayıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Şəbnəm Mehdizadə