- 14:52
İrana qarşı aparılan müharibə ABŞ-nin gücünün rəqibləri ilə müqayisədə zəiflədiyini göstərib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat "Bloomberg"in təhlilində yer alır.
Təhlildə qeyd olunub ki, Donald Tramp administrasiyasının İrana qarşı hərbi kampaniyası və əldə edilən kövrək atəşkəs beynəlxalq ictimai rəyin ABŞ-ni strateji uğursuzluqla üzləşdiyi kimi şərh etməsinə səbəb olub.
Avropa və Yaxın Şərqdəki diplomatik mənbələr bu vəziyyətin Çin və Rusiya kimi rəqib gücləri cəsarətləndirdiyi, eyni zamanda Amerikanın gücünü zəiflətdiyi düşünür.
Belə ki, rəsmi Pekin və Moskva ABŞ-nin İran rejiminin hərbi üstünlüyünə baxmayaraq onu ram edə bilməməsini diqqətlə izləyir.
Mənbələr bildiriblər ki, Trampın əməliyyatı İranı təslim olmağa məcbur edə bilməyib, əksinə, rəqibləri arasında zəifləmiş ABŞ gücü imicini gücləndirib.
Şəbnəm Mehdizadə