Tramp növbəti dəfə İranı hədələyib


  • 14:07

ABŞ prezidenti Donald Tramp İranla müvəqqəti atəşkəs razılaşması ilə bağlı sərt mesaj verib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

Tramp bəyan edib ki, Tehran administrasiyası real razılaşmaya tam əməl etməsə, Amerikanın bölgədəki hərbi varlığı səfərbər olunacaq.

Ağ Ev lideri bildirib ki, ABŞ gəmiləri, təyyarələri və hərbçiləri İran bütün şərtləri yerinə yetirənə qədər mövcud mövqelərini qoruyacaqlar.

Razılaşmanın pozulma ehtimalını “aşağı ehtimal” kimi xarakterizə edən Tramp qeyd edib ki, ordu indi dincəlir və növbəti fəthi səbirsizliklə gözləyir.

"Əgər hər hansı bir səbəbdən razılaşma pozularsa, o zaman münaqişə daha böyük, daha güclü və əvvəl heç vaxt görülməmiş bir şəkildə başlayacaq.

Donald Tramp İranla danışıqlar üçün “10 bəndlik plan” iddialarını rədd edib.

O, The New York Times və CNN tərəfindən dərc edilən planın həqiqətə uyğun olmadığını və uydurma olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər