- 17:42
ABŞ-də 2025-ci ildə doğum nisbəti ən aşağı səviyyəyə düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti məlumat yayıb.
Məlumatlara görə, ölkədə doğum əmsalı tarixdə ən aşağı səviyyəyə çatıb.
Ölkədə doğulanların ümumi sayı da 1 faiz azalaraq təxminən 3,6 milyon nəfərə düşüb.
30 yaşlı qadınların təxminən yarısının uşaq sahibi olmadığı məlum olub.
Doğum səviyyəsinin aşağı düşməsi ilkin olaraq qlobal iqtisadi böhranın təsiri ilə əlaqələndirilirdi, lakin bu proses hələ də çoxsaylı sosial və iqtisadi amillərin təsiri altındadır.
Şəbnəm Mehdizadə