Sosial media şirkətləri etik alqoritm çərçivəsində fəaliyyət göstərməlidir - EKSPERT


  • 16:25

Sosial media platformalarının etik alqoritmlər prinsipləri ilə yenidən qurulmasının vacibliyi gündəmə gəlib.

E-huquq.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu alqoritmlər istifadəçilərin maraqlarına əsaslanaraq zərərli və təsdiqlənməmiş məzmunun yayımlanmasına səbəb ola bilər.

Türkiyəli professor Osman Tolqa Arıcak alqoritmlərin bəzən mənfi məzmunu daha çox önə çıxardığını və bunun asılılıq yaratma riskini artırdığını qeyd edib.

Arıcak platformaların etik alqoritm çərçivəsində fəaliyyət göstərməsinin vacib olduğunu və süzgəc sistemlərinin gücləndirilməsini vurğulayıb.

Mütəxəssislər sosial platformaların bu məsuliyyətləri üzərlərinə götürmələrinin, xüsusilə uşaqları və gəncləri qorumaq üçün vacib olduğunu bildirirlər.

Sosial mediadan istifadənin bütün yükünü istifadəçinin üzərinə qoymağın düzgün olmadığını bildirən ekspertlər, əsas məsuliyyətin platformaların üzərinə düşdüyünü vurğulayırlar. Onlar vurğulayırlar ki, şirkətlər xüsusilə uşaqları və gəncləri qorumaq üçün etik alqoritm çərçivəsində fəaliyyət göstərməlidirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər