Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub


  • 17:22

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi həyata keçirilib

Rusiya ilə Ukrayna arasında müharibə zamanı həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinə məxsus 1000 hərbçinin cəsədini Kiyevə təhvil verib. Əvəzində isə Ukraynadan 41 rus hərbçisinin cəsədini geri alıb.

Mübadilə prosesi zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəçilik və texniki dəstək göstərib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər