- 19:20
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhəri İstiqlal küçəsi 85 ünvanında yerləşən binanın dam örtüyünün əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 54.233,98 manat olub.
Şəbnəm Mehdizadə