Ermənistanın Gürcüstanla sərhədində 3,3 bal gücündə zəlzələ baş verdi


  • 00:06

Ermənistanın Gürcüstanla sərhədində 3,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib. Zəlzələnin episentrində gücü 4-5 bal gücündə olub.

Zəlzələ Bavra, Saragyux, Kazançi, Aşotsk, Paxaxbyur və Noramut kəndlərində 3 bal gücündə hiss olunub.

Oxşar xəbərlər