İstanbulda oteldə güclü yanğın olub: 2 nəfər tüstüdən zəhərlənib


  • 14:35

Türkiyənin İstanbul şəhərində oteldə yanğın hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece rayonunda, Kartaltəpə məhəlləsində yerləşən 5 mərtəbəli otelin terrasında naməlum səbəbdən yanğın başlayıb.

Alov sürətlə yayılaraq bütün terrası və damı bürüyüb.

Hadisə yerinə yanğınsöndürənlər, polis, və tibb qrupları sövq edilib.

Komandaların köməyi ilə otelin qonaqları və işçiləri təxliyə edilib.

Otelin yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalan və tüstüdən zərər çəkən 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Zərərçəkmişlərə təcili yardım maşınında tibbi yardım göstərilib.

Yanğın nəzarətə götürülüb və bir saatlıq işdən sonra söndürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər