Pakistanda təhlükəsizlik tədbirləri gücləndirilib


  • 14:45

ABŞ və İran arasında planlaşdırılan danışıqlardan əvvəl Pakistanın paytaxtı İslamabadda geniş təhlükəsizlik tədbirləri görülüb.

E-huquq.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, paytaxtda "qırmızı həyəcan" elan edilib.

Danışıqlarda iştirak edən İran və ABŞ nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün 10 mindən çox təhlükəsizlik işçisi cəlb olunub.

Təhlükəsizlik tədbirləri İslamabad və Pəncab əyalət polis qüvvələrinin dəstəyi ilə ordu tərəfindən əlaqələndiriləcək.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabad danışıqları çərçivəsində ölkəyə gələn jurnalistlərin girişinin asanlaşdırılacağını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər